Bank Of Baku

«Silkway Bank» yeni baş ofisə köçüb

«Silkway Bank» yeni baş ofisə köçüb
# 12 may 2010 08:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Silkway Bank» ASC yeni baş ofisə köçüb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni ofis Bakı şəhəri Nizami küçəsi,86 ünvanında fəaliyyət göstərir.

Qeyd edək ki, bankın əvvəlki baş ofisi paytaxtın Həsən Əliyev küçəsi,4 ünvanında yerləşib.

Xatırladaq ki, «Silkway Bank» SKB 1993-cü ildə «Azal Bank» kimi yaradılıb. Sonradan bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» QSC və onun tərkibində olan strukturlar öz payını «Silkway Holding»ə satıb. Hazırda bankın səhmdarları rolunda «Silkway Holding» (83,66%) və bir neçə fiziki şəxs çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR