Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti bir avtomobil üçün 51,5 min manat sığorta ödənişi verib

Beynəlxalq Sığorta Şirkəti bir avtomobil üçün 51,5 min manat sığorta ödənişi verib
# 12 may 2010 09:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın ən iri sığorta təşkilatlarından olan Beynəlxalq Sığorta Şirkəti (BSŞ) daha bir iri sığorta ödənişi həyata keçirib. Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, sığortalanmış və bazar qiyməti 180 min manat olan «Porsche Panamera» avtomobilinə yol-nəqliyyat hadisəsi nəticəsində 53 min manat həcmində ziyan dəyib. Şirkət tərəfindən franşiza (sığortaçının zərərin bir hissəsini ödəmək məsuliyyətindən azad olması) məbləği çıxılmaqla, avtomobil üçün 51,5 min manat həcmində sığorta ödənişi verilib.

Xatırladaq ki, 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilmiş BSŞ hazırda müştərilərə 37 sığorta növü üzrə xıdmətlər göstərir. Cari ilin yanvar-mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 2,70 mln. manat, sığorta ödənişlərinin həcmi isə 1,120 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR