Ötən həftə ərzində Avropada 1 trln. dollar həcmində stabilləşmə fondunun yaradılması barədə qəbul olunan qərar investorlara müsbət təsiri qısamüddətli olub, çünki fondun yaradılması və ümumilikdə Avropada dövlət borcları problemlərinin aradan qaldırılması üzrə tədbirlər planı investorların böyük hissəsi tərəfindən nikbinliklə qarşılanmır. Nəticədə, qızıla tələbat artır və beləliklə, onun qiyməti də yüksəlir. Qeyd edək ki, investorların təhlükəsiz aktivlərə «gedişi» ilk dəfə müşahidə olunmur və böhran zamanı bu, dəfələrlə baş verib. Lakin hazırda yaranmış vəziyyətin fərqli cəhəti odur ki, əgər əvvəllər investorlar dollar və ya avronu təhlükəsiz aktiv kimi hesab edirdisə, indi valyutaya etibar kəskin azalır.
Məsələn, dünyada ən məşhur investorlardan biri olan «Rogers Holdings»in prezidenti, Corc Sorosun keçmiş tərəfdaşı olan Cim Rocers «Bloomberg Television»a verdiyi müsahibəsində bəyan edib ki, hazırda investorlar yalnız öz pullarını real aktivlərə yönəldə bilər ki, çünki kağız pullar artıq hər yerdə dəyərdən düşür: «Buna görə də mən qızılı heç vaxt satmayacağam».
Qeyd edək ki, son 30 il ərzində qızılın qiymətinin dinamikası onun xüsusən son illərdə kəskin bahalaşdığını göstərir: