Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 6,82%-ə çatıb

İqtisadi Tədqiqatlar Mərkəzi: Azərbaycanda illik inflyasiya 6,82%-ə çatıb
# 12 may 2010 09:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Azərbaycanın 22 regionunda 2010-cu ilin aprel ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.
İTM-dən «APA-Economics»ə verilən məlumata görə, apreldə Azərbaycanda istehlak qiymətləri 0,03% artıb. Bu zaman Bakıda qiymətlər 0,08% artıb, regionlarda isə 0,02% azalıb. Bu ilin dörd ayında ölkədə inflyasiya 2,47% təşkil edib. Ötən ilin aprel ayına nisbətən istehlak qiymətləri indeksi 6,82% artıb.
Bu ilin aprel ayı ərzində ərzaq məhsulları üzrə ən çox bahalaşma armud (7,11%), vermişel (4,27%), lumu (3,37%), qeyri-ərzaq məhsullarından validol (həb) (4,23%), ən çox ucuzlaşma isə ərzaq məhsullarından yer xiyarı (25,54%), kütüm, sazan, xəşəm (6,48%), banan (4,08%), istilik pomidoru (13,89%) və badımcanda (6,65%) müşahidə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR