Bank Of Baku

Avropa Komissiyası Estoniyanın avrozonaya daxil olmasına razılıq verib

Avropa Komissiyası Estoniyanın avrozonaya daxil olmasına razılıq verib
# 12 may 2010 13:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avropa Komissiyası Estoniyanı avrozonaya daxil edilməsini tövsiyə edib.

APA-Economics”in “Bloomberg” agentliyinə istinadən xəbərinə görə, Estoniyanın avroya tam keçməsi 2011-ci ildə gözlənilir.

Qeyd edək ki, avroya keçmək haqqında qanun Estoniya parlamenti tərəfindən 2010-cu ilin mart ayında qəbul edilib. Qanuna əsasən, ölkənin avroya keçdiyi ilin ilk iki həftəsi ərzində milli valyuta olan krona avro ilə paralel olaraq istifadə olunacaq, lakin tədricən krona dövriyyədən çıxarılacaq. Dükan və digər ticarət və xidmət nöqtələrində pulun qalığının qaytarılması yalnız avro ilə həyata keçiriləcək, bank hesablarında olan krona depozitləri isə avtomatik olaraq avroya çevriləcək.

Avropa Komissiyasının hesablamalarına görə, 2010-cu ildə Estoniyanın büdcə kəsiri ÜDM-in 2,4%-ni təşkil edəcək ki, bu da avrozonaya hər hansı ölkəsinin daxil olması üzrə tələbdən (3%) aşağı göstəricidir.

Xatırladaq ki, 2009-cu ilin noyabrında iqtisadi və monetar məsələlər üzrə Avropa komissarı Xoakin Almuniya Estoniyanı avrozonaya daxil olmağa əsas namizəd adlandırıb. Bu ölkədən başqa avrozonaya daxil ola biləcək namizədlər sırasında Çexiya və Polşa da var. Hazırda avrozonaya 16 ölkə daxildir. Ölkələrdən sonuncu daxil olan Slovakiya olub ki, bu da 2009-cu ilin yanvarın 1-də baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR