Bank Of Baku

«DəmirBank»ın depozit portfelinin həcmi 110 mln. manatı ötüb

«DəmirBank»ın depozit portfelinin həcmi 110 mln. manatı ötüb
# 15 iyul 2010 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 295,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 80 mln. manat və ya 37,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit portfelinin həcmi 45,1 mln. manat və ya 27,6% artaraq 208,6 mln. manat, depozitlərin həcmi isə 110,4 mln. manat olub.

Depozit portfelində əhalinin əmanətlərinin həcmi 81,7 mln. manat təşkil edib ki, bu da ötən ilin hesabat dövrü ilə müqayisədə bu göstərici 60,3% və ya 30,7 mln. manat çoxdur. Bu ilin iyul ayının bankın məcmu kapitalı 47,9 mln. manat, o cümlədən nizamnamə kapitalı 19 mln. manat olub təşkil edib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki adı «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bankın hazırda 29 filialı, 47 bankomatı və 259 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR