Bank Of Baku

«Moody’s»: MDB ölkələrinin banklarında kreditlərin cəmləşmə səviyyəsi çox yüksəkdir

«Moody’s»: MDB ölkələrinin banklarında kreditlərin cəmləşmə səviyyəsi çox yüksəkdir
# 13 dekabr 2010 07:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Moody’s» beynəlxalq reytinq agentliyi illik tədqiqatında MDB ölkələrinin banklarında kreditlərin ayrı-ayrı müştərilər üzrə cəmləşmə səviyyəsinin yüksək olduğunu vurğulayaraq, bu göstəricinin artacağını proqnozlaşdırır. «APA-Economics»in RBC-ya istinadən xəbər verdiyi kimi, agentlik bu tendensiyanın 2011-ci ildə də qüvvədə qalacağını bildirir.

Agentlik mütəxəssislərinin fikrincə, digər risk amillərilə yanaşı kreditlərin cəmləşməsi ilə bağlı olan risklər MDB ölkələrində bank reytinqlərinin aşağı səviyyədə olmasının əsas səbəbidir. Bundan başqa tədqiqatlar göstərir ki, kreditlərin cəmləşməsi MDB-də bankların müflisləşmə hallarına səbəb olan əsas amildir. Belə ki, məhdud sayda olan müştərilərə iri kreditlərin verilməsi kredit risklərini kəskin artırır və bank aktivlərinin keyfiyyətinə mənfi təsir göstərir.

Bundan əlavə «Moody’s»in ekspertləri hesab edirlər ki, MDB-də əmanətçilərin banklara olan etibarlılığı qeyri-sabit xarakteri daşıyır və iri depozitlərin gözlənilmədən geri çağırılması riskləri çox yüksəkdir. Nəticədə, regionun əksər bankları likvidlik risklərinə məruz qalır.

Eyni zamanda bildirilir ki, ölkələrin mərkəzi bankları bu tendensiyalardan xəbərdar olsa da, müəyyən səbəblərə görə həmin sahədə bank nəzarətinin sərtləşməsinə getmir və gedəcəyi gözlənilmir. Bu səbəblərdən, ən əsas problem bank islahatlarının ləng aparılması ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR