Bank Of Baku

Yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,5% olub

Yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 4,5% olub
# 14 dekabr 2010 07:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 36,6 mlrd. manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub və keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,5%, yaxud müqayisəli qiymətlərlə 1,4 mlrd. manat artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən « APA-Economics»ə verilən məlumata görə, ÜDM-in həcmi məhsul istehsalı sahələrində 3,4%, xidmət sahələrində 6,2% çoxalıb. ÜDM-in 53,9%-i sənaye sahələri, 7,3%-i tikinti kompleksi, 4,9%-i kənd, ovçuluq və meşə təsərrüfatı, 6%-i nəqliyyat, 8,1%-i ticarət və pullu xidmət sahələri, 1,9%-i rabitə, 11%-i digər sahələrdə istehsal olunub.

Hesabat dövründə adambaşına 4 096,4 manatlıq (5 101,4 ABŞ dolları), yaxud 2009-cu ilin müvafiq dövrünə nisbətən 3,2% çox ÜDM istehsal olunub.

Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 5,9%, neft sektorunda isə 2,6% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR