Bank Of Baku

«DəmirBank» ödəniş qəbulu şəbəkəsini genişləndirir

«DəmirBank» ödəniş qəbulu şəbəkəsini genişləndirir
# 14 dekabr 2010 11:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin filiallarında əhaliyə kommunal, stasionar və mobil rabitə, internet provayder və digər təsərrüfat subyektlərinin xidmətlərinə görə ödənişlər qəbul olunur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bankın bütün filiallarında kommunal («Azərenerji», «Bakıelektrikşəbəkə», «Azəriqaz», «Azərsu», «Sumqayıtelektrikşəbəkə»), mobil rabitə («Azercell», «Bakcell», «Nar Mobile», «Azerfon-Vodafone», «Fonex»), stasionar telefon («Aztelekom», BTRİB, «Catel»), internet provayderlərin («Azdatacom», «Bakinternet») xidmətlərinə görə ödənişlər həyata keçirmək mümkündür.

Yaxın gələcəkdə əhali «DəmirBank»ın filiallarında digər internet provayderləri («Adanet», «Alfanet», «AvirTel», «Azeronline», «Azstarnet», «Connect», «Hotnet»), kabel televiziyası şirkətləri («B&B TV», «Connect TV») və digər xidmətlər üzrə də ödənişlər apara biləcək.

Plastik kart sahibləri isə qeyd olunan əksər xidmətləri bankın saytına (http://www.demirbank.az/?/az/goldenpay/) daxil olaraq on-line rejimdə ödəyə bilər. On-line ödənişlər «Visa» və «MasterCard» sistemlərinin təhlükəsizlik standartları üzrə xüsusi sertifikasiyadan keçmiş «GoldenPay» internet ödəniş sistemi ilə dərhal həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR