Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri 12% artıb

Azərbaycan əhalisinin gəlirləri 12% artıb
# 14 dekabr 2010 11:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan əhalisinin gəlirləri keçən ilin müvafiq dövrü ilə müqayisədə 12% artaraq 22,7 mlrd. manata, onun adambaşına düşən məbləği isə 10,7% artaraq 2 539,9 manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, gəlirlərin 69,4%-i son istehlaka, 8,9%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 20%-i isə əmanətlərin və kapitalın artırılmasına sərf olunub.

Beləliklə, əhalinin sərəncamında qalan gəlirlərin həcmi 20,7 mlrd. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 12,8% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR