Bank Of Baku

Rusiya Maliyyə Nazirliyi SSRİ-nin Sloveniyaya olan borcunu ödəyib

Rusiya Maliyyə Nazirliyi SSRİ-nin Sloveniyaya olan borcunu ödəyib
# 14 dekabr 2010 14:17 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya Maliyyə Nazirliyi Sloveniyaya olan 129,2 mln. dollarlıq borcunu ödəyib.

APA-Economics”in xəbərinə görə, nazirliyin bu barədə yaydığı açıqlamada bildirilir ki, sözügedən borc sovet dövründə - SSRİ və Yuqoslaviya Sosialist Federativ Respublikasının əməkdaşlığı çərçivəsində meydana gəlibmiş.

Sloveniya Avropa ölkələri arasında SSRİ-nin ən böyük kreditoru olub. Borcun bir hissəsi müxtəlif məhsullarla, o cümlədən yüksək texnologiya ilə ödənilib. Noyabr ayında isə Rusiya Sloveniyaya “Svetlyak” tipli patrul gəmisi verib.

Bununla belə, Rusiya vaxtilə Yuqoslaviya Federasiyasına daxil olan Serbiya, Xorvatiya, Çernoqoriya, Makedoniya və Bosniya-Herseqovinaya olan borcunu hələ ödəməyib. Bu ölkələrə olan borcların 2016-cı ilədək ödənilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 2009-cu ilin sonunda Rusiya Maliyyə Nazirliyi SSRİ-nin kommersiya borcunu tam ödəyib qurtardığını elan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR