Bank Of Baku

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 1,4 dəfə artıb

Azərbaycana cəlb edilən xarici kapitalın həcmi 1,4 dəfə artıb
# 14 dekabr 2010 14:30 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2010-cu ilin yanvar-sentyabr ayları üzrə tədiyə balansında əks olunmuş xaricdən cəlb olunan kapitalın ümumi məbləği 5,7 mlrd. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisindən 1,4 dəfə çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici əsasən ölkəyə cəlb olunmuş birbaşa investisiyalar və xarici kreditlər hesabına formalaşıb:

(mln. USD)

 

Cəlb olunan xarici kapitalın strukturu

 

2009-cu il, 9 ay

2010-cu il, 9 ay

Birbaşa investisiyalar

2 104,9

2 274,4

- neft-qaz sektoru

1 583,0

1 754,7

- digər sektorlar

521,9

519,7

Kreditlər və digər investisiyalar

2 005,0

3 413,7

- dövlət təminatlı kreditlər

431,7

499,1

- dövlət təminatlı olmayan kreditlər

580,1

1 887,6

-- neft-qaz sektoru

35,0

358,4

-- banklar

396,8

1 336,2

-- digərləri

148,3

193,0

- digər investisiyalar

993,2

1 027,0

CƏMİ

4 109,9

5 688,1



Mərkəzi Bankın tədiyə balansının şərhinə əsasən, birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 2 274,4 mln. dollar olub ki, bu investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 77,1% təşkil edib.

Kreditlər və digər investisiyalar formasında cəlb olunmuş sərmayənin həcmi 1,7 dəfə, xarici kapitalın strukturunda xüsusi çəkisi isə 11 faiz bəndi artaraq 60% təşkil edib. Artım əsasən neft-qaz sektoru və banklar tərəfindən cəlb edilmiş kreditlər hesabına formalaşıb.

Tədiyə balansına əsasən, əvvəlki dövrlərdə cəlb olunmuş kreditlər üzrə hesabat dövründə 1 408,7 mln. dollar geri qaytarılıb. Qaytarılmış kreditlərin 56,5%-i (796,3 mln. dollar) bank sisteminin, 11,4%-i (160,2 mln. dollar) dövlət və dövlət təminatı əsasında cəlb olunmuş kreditlərin, 16,1%-i (226,3 mln. dollar) neft-qaz sektorunun, 16%-i (225,9 mln. dollar) isə digər müəssisələr və şirkətlərin payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR