Bank Of Baku

«Parabank» yeni depozit kampaniyasına başlayıb

«Parabank» yeni depozit kampaniyasına başlayıb
# 14 dekabr 2010 14:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC «Yeni il aksiyası» adlı depozit kampaniyasına başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiya dekabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Aksiya çərçivəsində banka yeni qoyulan əmanətlər mövcud tarifdən 1% artıq, müştərilərə verilən kreditlər isə 2% aşağı faiz dərəcəsi ilə hesablanacaq. Bundan başqa, müştərilər yanvarın 31-nə qədər «Visa Gold», «Visa Platinum» və «Visa İnfinite» plastik kartlarını 20% güzəştlə əldə edə bilərlər.

Qeyd edək ki, «Parabank» fərdi müştərilərlə yanaşı korporativ müştərilər üçün kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, xəzinədarlıq xidmətləri, nağd hesablaşmalar, kommunal ödənişlər, ATM və POS-terminal və digər növ məhsul və xidmətlər təklif edir.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR