Bank Of Baku

«Bakı Sığorta» bazara yeni məhsulunu təqdim edib

«Bakı Sığorta» bazara yeni məhsulunu təqdim edib
# 14 dekabr 2010 14:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev –APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkəti müştərilərə daha bir sığorta məhsulunu təqdim edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Biznesin inkişafı Departamentinin mütəxəssisi Emin Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, «Mobil Sığorta Xidməti» adlanan bu məhsulda (012) 598-81-81 nömrəsinə zəng etməklə «Bakı Sığorta» şirkətinin sığorta mütəxəssislərini Bakı şəhəri daxilində istənilən ünvana çağırmaqla sığorta xidmətlərini və məhsullarını əldə etmək və ya sığorta məsələlərinə dair məsləhət almaq mümkündür.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci il avqust ayından fəaliyyət göstərir. Şirkət 26 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR