Bank Of Baku

«Turanbank» son bir ildə mənfəətini 26% artırıb

«Turanbank» son bir ildə mənfəətini 26% artırıb
# 14 dekabr 2010 14:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Turanbank» ASC-nin aktivlərinin həcmi 2010-cu il dekabr ayının 1-nə 125,2 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20,7% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 31,6% artaraq 99,8 mln. manata, depozit portfeli 17% genişlənərək 40,5 mln. manata çatıb. Hesabat dövründə bankın məcmu kapitalı 10,5% artaraq 22,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,8% artaraq 18,5 mln. manat olub.

Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın ümumi gəlirləri 14 mln. manat təşkil edib, bu isə 2009-cu ilin analoji dövrü ilə müqayisədə 28,5% çoxdur. Bankın mənfəəti isə 25,5% artaraq 3,4 mln. manat olub.

Xatırladaq ki, təsisçisi 5 hüquqi (21,65%) və 20 fiziki şəxs olan (78,35%) «Turanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 11 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR