Bank Of Baku

«Muğan Bank» uduşlu adsız istiqrazlarının növbəti tirajını keçirir

«Muğan Bank» uduşlu adsız istiqrazlarının növbəti tirajını keçirir
# 15 dekabr 2010 10:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev APA-Economics. Bu gün Azərbaycanın «Muğan Bank» ASC-nin uduşlu adsız istiqrazlarının IX tirajı keçiriləcək və tiraj www.muganbank.az saytında canlı yayımlanacaq.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bir istiqrazın nominal dəyəri 50 manat təşkil edir. İstiqrazlar bank tərəfindən 10 il müddətinə buraxılıb və 2% səviyyəsində illik gəlirliyi təmin edir. Hər bir istiqrazın seriya və nömrəsi bank tərəfindən 45 beş gündən bir təşkil olunan tirajda iştirak edir.
Birinci emissiyada buraxılan istiqrazların sayı 200 min ədəd təşkil edib və iki ədəd 10 000, 5 ədəd 5 000, 10 ədəd 2 500, 18 ədəd 1 000, 29 ədəd 500, 30 ədəd 250 və 6 ədəd 100 manat udmaq şansı verib.
Əhali arasında hazırkı məhsula olan böyük tələbatı nəzərə alaraq, bu ilin iyun ayının 15-də «Muğan Bank» nominal dəyəri 50 manat olan daha 200 min istiqrazın emissiyasını həyata keçirib. Beləliklə, istiqrazların ümumi emissiyası 20 mln. manat məbləğində 400 000 istiqraza çatıb. Ötən tirajlardan fərqli olaraq, uduşların sayı iki dəfə artırılıb və 400-ə çatdırılıb. Uduşun maksimal məbləği isə artıq 10 min manat deyil, 25 min manat olub.
Bank bununla kifayətlənməyərək, Yeni İl bayramı ərəfəsində bütün adsız istiqraz sahiblərinə sürpriz etməyi qərara alıb. Bu gün buraxılan adsız istiqrazların sayı artıq 1 000 000 ədəd, uduşların sayı 1 000 ədəd, əsas priz isə 50 min manat təşkil edir.
Qeyd edək ki, uduşa düşmüş bütün istiqrazların nömrələrini www.muganbank.az saytında, həmçinin «Xalq» qəzetində görmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR