Bank Of Baku

Azərbaycan dövlət büdcəsinin profisiti 27% azalıb

Azərbaycan dövlət büdcəsinin profisiti 27% azalıb
# 15 dekabr 2010 14:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 8,4 mlrd. manat, xərcləri is 7,6 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, nəticədə dövlət büdcəsinin icrasında 800 mln. manatlıq və ya ÜDM-in 2,4%-i qədər profisit yaranıb. Hesabat dövründə ötən ilin analoji dövrü ilə müqayisədə büdcə gəlirləri 1,2%, xərcləri 5,5% artıb, profisit isə 27,3% azalıb.

Büdcə xərclərinin 37,7%-i və ya 2,9 mlrd. manatı iqtisadiyyatın inkişafına, 11,3%-i (861,9 mln. manatı) təhsilə, 13,2%-i (1 006,6 mln. manatı) sosial müdafiə və sosial təminata yönəldilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR