Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,5328, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi 1,5328, AMFBI indeksi 1,0001 təşkil edib
# 16 dekabr 2010 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0506 bənd və ya 4,8% azalaraq dekabr ayının 16-na 1,0001 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi 0,5328 bənd və ya 53,3% artaraq 1,5328 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi dəyişməz qalaraq 1,0001-ə bərabər olub.

Dekabrın 15-də 2 mln. manat həcmində bir not buraxılışı dövriyyədən çıxarılıb, 10 mln. manatlıq yeni buraxılış isə yerləşdirilib ki, bundan sonra bazarın kapitallaşması artıb və bu, ACBDI indeksinin yüksəlməsində əks olunub.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR