Bank Of Baku

«Paşa Həyat Sığorta» şirkəti kapitalın formalaşmasına başlayır

«Paşa Həyat Sığorta» şirkəti kapitalın formalaşmasına başlayır
# 16 dekabr 2010 06:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Paşa Həyat Sığorta» ASC-nin sənədsiz adlı adi səhmlərinin ilk emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 7 min ədəd, emissiyanın ümumi həcmi isə 7 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Paşa Həyat Sığorta»nın yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacağı gözlənilir.

Xatırladaq ki, «Paşa Holding» tərəfindən yeni yaradılan «Paşa Həyat Sığorta» şirkəti bununla da nizamnamə kapitalının formalaşmasına başlaycaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR