Bank Of Baku

Dünya Bankı yoxsul ölkələrə 49 mlrd. dollar yardım edəcək

Dünya Bankı yoxsul ölkələrə 49 mlrd. dollar yardım edəcək
# 16 dekabr 2010 08:25 (UTC +04:00)
Bakı - APA-Economics. Dünya Bankı yoxsul və inkişaf etməkdə olan ölkələrə 49,3 mlrd. dollar (37 mlrd. avro) yardım etmək qərarına gəlib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, Dünya Bankı qrupuna daxil olan Beynəlxalq İnkişaf Təşkilatı 2011-2014-cü illərdə öz vəsaitlərindən bu ölkələrə faizsiz kredit verəcək.

Qeyd edək ki, Beynəlxalq İnkişaf Təşkilatı 1960-cı ildə 160 üzv ölkənin könüllü yardımları hesabına yoxsul dövlətlərə yardım etmək məqsədilə yaradılıb. ÜDM-in adambaşına düşən həcmi 835 dolları ötməyən ölkələr təşkilatdan yardım almaq hüququna malikdirlər.

Beynəlxalq İnkişaf Təşkilatının donor ölkələrinin iclası 3 ildən bir keçirilir. Yaradıldığı vaxtdan indiyədək təşkilat yoxsul ölkələrə 150 mlrd. dollardan çox kredit verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR