Bank Of Baku

Çin xaricə qoyduğu investisiyaların həcminə görə dünyada 5-ci yerə yüksəlib

Çin xaricə qoyduğu investisiyaların həcminə görə dünyada 5-ci yerə yüksəlib
# 16 dekabr 2010 09:14 (UTC +04:00)
Bakı - APA-Economics. Çinin xaricə qoyduğu birbaşa investisiyaların həcmi son 5 ildə 220 mlrd. dollar təşkil edib.

APA-Economics”in “Sinxua” agentliyinə istinadən xəbərinə görə, bu barədə Çin Kommersiya Nazirliyinin nümayəndəsi Yao Tszyan açıqlama verib.

Onun sözlərinə görə, Çin son 5 ildə xaricə qoyduğu birbaşa investisiyaların həcminə görə dünya ölkələri arasında 5-ci yerə yüksəlib. Bu zaman orta illik artım 30% olub.

Çin investisiyalarının əsas axın istiqaməti Syanqan (Honqkonq), Kayman adaları, Avstraliya, Britaniyanın Virciniya adaları, İsveç, ABŞ, Kanada, Rusiya və Braziliya olub.

Bundan başqa, Çin bu il elmi-texniki tədqiqatlar sahəsinə yatırılan investisiyaların həcminə (153,7 mlrd. dollar) görə Yaponiyadan önə keçərək ikinci yerə çıxıb. Bu sahədə birincilik ABŞ-a məxsusdur - 395,8 mlrd. dollar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR