Bank Of Baku

Azərbaycanda yanvar-noyabr aylarında 140 mln. manat sığorta haqqı toplanıb

Azərbaycanda yanvar-noyabr aylarında 140 mln. manat sığorta haqqı toplanıb
# 16 dekabr 2010 10:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 139,82 mln. manata çatıb.

Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə həyata keçirilən sığorta ödənişlərinin ümumi həcmi 45,483 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 1,345 mln. manat, qeyri-həyat sığortası üzrə 109,089 mln. manat, icbari sığorta növləri üzrə isə 29,390 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 287,327 min manat, qeyri-həyat sığortası üzrə 37,435 mln. manat, icbari sığorta növləri üzrə isə 7,761 mln. manat həcmində ödəniş aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (31,667 mln. manat), «Tibbi sığorta» (20,768 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (20,234 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (14,033 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 23%, 15%, 14,5% və 10% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Tibbi sığorta» (14,902 mln. manat və ya 33%), «Avtonəqliyyat vasitələrinin sığortası» (13,351 mln. manat və ya 29%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (6,153 mln. manat və ya 14%) növləri üzrə ödənilib.

Qeyd edək ki, Azərbaycanda 27 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR