Bank Of Baku

Putin: “Rusiya böhrandan qabaqkı səviyyəsinə 2012-ci ilin I yarısında çatacaq”

Putin: “Rusiya böhrandan qabaqkı səviyyəsinə 2012-ci ilin I yarısında çatacaq”
# 16 dekabr 2010 12:46 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya ÜDM-in böhrana qədərki səviyyəsinə 2012-ci ilin I yarısında çatacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə Rusiyanın baş naziri Vladimir Putin açıqlama verib.

Onun sözlərinə görə, ötən il Rusiyada ÜDM-in 7,9% azalması qeydə alınsa da, bu il 3,8%-lik artım qeydə alınacaq: “Bu, pozitiv göstəricidir”.

V.Putin bir il ərzində ölkədə işsizlərin sayının 6,2 mln. nəfərdən 1,2 mln. nəfərə qədər azaldığını bildirib: “Eyni zamanda yoxsulluq həddində yaşayan insanların sayı 13,1 mln. nəfərdən 12,5 mln. nəfərə endirilib. Xatırlatmaq istərdim ki, 2000-ci ildə Rusiya əhalisinin 29%-i, yəni 45 mln. nəfər yoxsul idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR