Bank Of Baku

AYİB «Bank Respublika»ya yeni kredit ayırıb

AYİB «Bank Respublika»ya yeni kredit ayırıb
# 16 dekabr 2010 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) mikro, kiçik və orta müəssisələr (MKOM) üçün Multi-Bank Mexanizmi çərçivəsində Azərbaycanın «Bank Respublika» ASC-yə 10,5 mln. ABŞ dolları həcmində kredit xətti ayırıb.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Avropa Bankı «Bank Respublika»ya özəl şirkətləri maliyyələşdirmək üçün ikinci tranş kimi 3 mln. dollar MKOM krediti və fiziki şəxslərə ipoteka kreditlərinin verilməsi üçün ikinci tranş kimi 6 mln. dollar həcmində 8 illik kredit ayırır. AYİB həmçinin Ortaölçülü Birgə Maliyyələşdirmə Mexanizmi çərçivəsində «Bank Respublika»ya 1,5 mln. dollar dəyərində kredit xətti ayırır.

Qeyd edək ki, AYİB Azərbaycanda davamlı inkişafı təşviq etmək üçün korporativ, maliyyə və infrastruktur sektorlarına sərmayə qoyur. Azərbaycanda fəaliyyətə başlayandan bu günədək AYİB 120 layihəyə təqribən 1,2 mlrd. avro sərmayə qoyub ki, bu sərmayənin də 60%-dən çoxu özəl sektorun inkişafına yönəldilib.

Xatırladaq ki, «Bank Respublika» 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin oktyabr ayının 1-nə bankın aktivləri 279,067 mln. manat, depozit portfeli 122,038 mln. manat, kredit portfeli 167,229 mln. manat, məcmu kapitalı 51,948 mln. manat, o cümlədən nizamnamə kapitalı 37,459 mln. manat olub. Almaniyanın DEG İnvestisiya Şirkəti və «Sparkassen International Development Trust» şirkəti «Bank Respublika»nın nizamnamə kapitalında «25%+1 səhm» paketinə sahibdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR