Bank Of Baku

«Parabank» Bərdədə bank yarmarkası keçirəcək

«Parabank» Bərdədə bank yarmarkası keçirəcək
# 16 dekabr 2010 14:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC bankın yeni məhsulları və xidmətləri haqqında əhalini məlumatlandırmaq məqsədi ilə dekabrın 17-18-də Bərdə rayonunda yarmarka keçirəcək.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, açıq hava şəraitində keçiriləcək yarmarkada «Parabank» ASC-nin Xəzinədarlıq Departamentinin direktoru E.Ağayev və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ramiz Əliyevin rəhbərliyi altında satışın stimullaşdırılması və keyfiyyətin artırılması şöbəsi və yerli filialın mütəxəssisləri əhalini maraqlandıran sualları cavablandıracaqlar.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 107,689 mln. manat, depozit portfeli 61,394 mln. manat, o cümlədən əhalinin əmanətləri 57,756 mln. manat, kredit portfeli 73,353 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 40,272 mln. manat, məcmu kapitalı 14,008 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,570 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 16 filialı, 17 bankomatı və 140 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR