Bank Of Baku

Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı cəhdlər artıb

Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı cəhdlər artıb
# 17 dekabr 2010 07:24 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Dövlət Gömrük Komitəsinin Gömrük sahəsində hüquqpozma hallarına qarşı mübarizə Baş İdarənin rəisi Güloğlan Muradlı məlumat verib: «Hazırda bizi ən çox narahat edən məsələ narkotiklərdir, Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq narkotiklərin ticarəti həddən artıq çoxalıb. Bu, bir nömrəli məsələdir».

Nəticədə, Azərbaycan gömrükçüləri təkcə bu il ərzində təqribən 263 kq narkotik maddə tutublar ki, bunların da hamısı ağır və güclü təsirə malik olan narkotik maddələrdir. Narkotik maddələrin 95%i-i ağır təsirə malikdir – heroin, həşiş, tiryək və xüsusilə bu il ən çox tutulanlardan biri də metan-vitamindir. Baş İdarə rəisinin sözlərinə görə, bu il təqribən 17 kq metavitamin aşkarlanıb.

Bu müddət ərzində narkotiklərin daşınması, o cümlədən beynəlxalq poçt göndərişlərilə, o cümlədən metavitamin daşıma üzrə, narkotik maddələrin daşınması ilə məşğul olan 11 dəstə saxlanılıb. Sərhəddən keçirməyə cəhdlər zamanı narkotiklər müxtəlif üsullarla gizlədilir: «Gizlətmə üsulları çox fərqlidir – daxili bağırsaqlarda keçirilmədən tutmuş, mayelərin müxtəlif parçalara hopdurulmasına qədər». Bundan başqa, qaçaqmalçılar gömrük məntəqəsindən keçəndə itlərin hissiyatını öldürmək üçün müxtəlif üsullardan istifadə edirlər. Bəzən isə qadağan olunmuş maddələri sərhəddən konservlərin içində keçirməyə üstünlük verirlər.

Narkotiklərlə yanaşı, gömrükdə qaçaqmalçılıq yolu ilə odlu silahdan tutmuş müxtəlif cinayətlərin törədilməsində istifadə olunan vasitələrə kimi ən müxtəlif əşyaların keçirilməsinə cəhd edilir.

Qaçaqmalçılıqla keçirilməsinə çox cəhd olan digər mallar isə vergisi çox olan mallardır - aksizli mallar – siqaret, spirtli içki və s. Belə məhsullar əsasən Rusiya sərhədindən gətirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR