Bank Of Baku

Avropa Mərkəzi Bankının kapitalı 11 mlrd. avroya qədər artırılacaq

Avropa Mərkəzi Bankının kapitalı 11 mlrd. avroya qədər artırılacaq
# 17 dekabr 2010 07:42 (UTC +04:00)
Bakı - APA-Economics. Avrozona ölkələri Avropa Mərkəzi Bankının (AMB) kapitalını 10,76 mlrd. avroya qədər artırmaq qərarına gəlib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə müvafiq qərar Avropa İttifaqına (Aİ) üzv olan ölkələrin liderlərinin Brüsseldə keçirilən sammitində qəbul olunub.

Qeyd edək ki, AMB-nin kapitalı son 12 ildə ilk dəfədir artırılır. Məqsəd qurumun kreditlərin ödənilməməsi və bazar dayanıqsızlığı risklərinin öhdəsindən gəlməsinə yardımçı olmaqdır.

Bundan başqa, Aİ ölkələri Avropada stabilləşdirmə və maliyyə böhranı ilə mübarizə üçün xüsusi mexanizmin yaradılmasını bəyəniblər. 2013-cü ildə yaradılacaq bu orqan ciddi iqtisadi çətinliklər yaşayan dövlətlərə xüsusi şərtlərlə kreditlər verəcək. onun əsas xüsusiyyəti özəl sektorun da bu və ya digər ölkəyə kredit ayrılması prosesində iştirak etməsi olacaq.

Aİ liderləri həmçinin 2013-cü ilədək büdcə kəsirlərinin ÜDM-ə nisbətini 3%-dən aşağı səviyyəyədək ixtisar etmək barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR