Əhalinin alıcılıq qabiliyyəti indeksi əhalinin pul gəlirlərin pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən pullu xidmətlərin məcmusuna nisbəti kimi ölçülür. Beləliklə, 2010-cu ilin yanvar-noyabr ayları üzrə indeks əhalinin gəlirlərinin xərclərin iki əsas istiqamətini 40% üstələdiyini göstərir.
Diaqramdan göründüyü kimi, son 6 ay ərzində indeks təxminən eyni səviyyədə qalıb ki, bu da həmin müddət ərzində əhalinin gəlirləri və xərclərinin aylıq artım templərinin eyni olmasından xəbər verir. Nəzəriyə baxımından, bu fakt makroiqtisadi sabitliyin əsas göstəricilərindən biridir.
Qeyd edək ki, 2010-cu ilin yanvar-noyabr aylarında pərakəndə əmtəə dövriyyəsi 12 033,6 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 4 156,4 mln. manat, əhalinin gəlirləri isə 22 678,4 mln. manat təşkil edib. Beləliklə, gəlirlərin əsas xərcləri üstələməsinin həcmi 11 ay ərzində 6,488 mlrd. manat təşkil edib.