Bank Of Baku

«DəmirBank» son bir ildə aktivlərini 17% artırıb

«DəmirBank» son bir ildə aktivlərini 17% artırıb
# 17 dekabr 2010 09:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivlərinin həcmi 2010-cu il dekabr ayının 1-nə 288 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 17,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə müştərilərə verilən kreditlərin həcmi 25,3% artaraq 228,9 mln. manata, cəmi depozitlərin həcmi isə 98,2 mln. manata çatıb. Depozitlərin strukturunda əhalidən cəlb edilən əmanətlərin həcmi 15% artaraq 81,1 mln. manat təşkil edib.

Qeyd edək ki, dekabr ayının 1-nə bankın məcmu kapitalı 48,5 mln. manat, nizamnamə kapitalı isə 20 mln. manat olub.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR