Bank Of Baku

Son 1 ildə Azərbaycanda 6 minə yaxın şübhəli maliyyə əməliyyatı qeydə alınıb

Son 1 ildə Azərbaycanda 6 minə yaxın şübhəli maliyyə əməliyyatı qeydə alınıb
# 17 dekabr 2010 10:12 (UTC +04:00)
Ötən ilin noyabrından 2010-cu ilin noyabr ayınadək Monitorinq Xidmətinə monitorinq subyektləri tərəfindən monitorinq olunmalı pul vəsaitləri və ya digər əmlakla əməliyyatlar barədə 37 488 əməliyyat barədə məlumat daxil olub. İyul ayından etibarən xidmətə daxil olan məlumatların sayı sürətlə artıb və oktyabr-noyabr aylarında ayda 7650-7700-ü keçib.

«APA-Economics»in xidmətin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, bu əməliyyatların 31 514-ü və ya 84%-i cari, 5 974-ü və ya 16%-i isə şübhəli xarakterli olub. Xidmətin məlumatlarından aydın olur ki, şübhəli əməliyyatlara dair ən çox məlumat bu ilin avqustunda (1 486) daxil olub Həmin vaxtdan etibarən ay ərzində daxil olan şübhəli məlumatların sayı 1000-dən az olmayıb.

MMX onu maraqlandıran əməliyyatlarla bağlı ölkə daxilində 28, xaricə isə 3 sorğu göndərib. Paralel olaraq xidmətə ölkə daxilindən 5, xaricdən isə 4 sorğu daxil olub. Xidmət 2009-2010-cu illər ərzində pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi üzrə hüquq mühafizə orqanlarına 13 məlumat göndərib. Bu məlumatlardan 1-i pulların yuyulmasına, 12-i terrorçuluğun maliyyələşdirilməsinə aid olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR