Bank Of Baku

ABŞ-ın böhrandan çıxmaq üçün xərclərinin miqdarı açıqlanıb

ABŞ-ın böhrandan çıxmaq üçün xərclərinin miqdarı açıqlanıb
# 17 dekabr 2010 10:19 (UTC +04:00)
Bakı - APA-Economics. Qlobal maliyyə böhranının nəticələrinin aradan qaldırılması tədbirlərinə ABŞ-ın məsrəfləri ÜDM-in 1%-dən az olacaq.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə ABŞ-ın maliyyə naziri Timoti Qaytner açıqlama verib.

Ötən il ABŞ-ın nominal ÜDM-nin 14,266 trln. dollar olduğu nəzərə alınarsa, ölkənin böhrandan çıxmaq üçün xərcləri 143 mlrd. dollar təşkil edə bilər.

T.Qaytnerin fikrincə, ÜDM-in 1%-i o qədər də böyük məsrəf sayılmır: “Məsələn, Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 1970-ci ildən bu yana baş vermiş 40 bank böhranından çıxmaq üçün zərərçəkən ölkələrin xərcləri ÜDM-in 13%-i həcmində qiymətləndirilir”.

Nazir əlavə edib ki, ABŞ Baş Nəzarət İdarəsinin (Government Accountability Office) hesablamalarına görə, 1980-1990-cı illərdə ölkənin kredit böhranlarından çıxmaq üçün xərcləri ÜDM-in 2,4%-ni təşkil edib: “Əgər hökumət təcili tədbirlər görməsəydi, o cümlədən bank sektoruna yardım üçün TARP (Troubled Assets Relief Program) proqramını işə salmasaydı, ölkənin son böhrandan çıxmaq üçün xərcləri dəfələrlə böyük olardı”.

Qeyd edək ki, TARP proqramı çərçivəsində ABŞ-ın maliyyə təşkilatlarına 300 mlrd. dollardan çox vəsait ayrılıb. Cari ilin oktyabrında məlumat verilib ki, hökumət bu proqram sayəsində 25 mlrd. dollar qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR