Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun 2011-ci il üçün büdcəsi müəyyən edilib

Azərbaycan Dövlət Neft Fondunun 2011-ci il üçün büdcəsi müəyyən edilib
# 17 dekabr 2010 10:37 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan «APA-Economics»ə verilən məlumata görə, ARDNF-in Müşahidə Şurasının sədri, baş nazir Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2011-ci il üçün büdcə layihəsi müzakirə olunub.

İclasda Neft Fondunun 2011-ci il üçün büdcə layihəsinə, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərə dair məlumatlara baxılaraq ARDNF-in 2011-ci il büdcəsinin gəlirlərinin 9 132,941 mln. manat, xərclərinin 6 886,155,4 mln. manat olması məqsədəuyğun sayılıb.

Fondun idarə edilməsi xərcləri isə gələn il 57,494 mln. manat nəzərdə tutulur. İclasda ARDNF-in 2011-ci il üçün büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR