Bank Of Baku

Yunanıstanda böyük özəlləşdirmə başlayır

Yunanıstanda böyük özəlləşdirmə başlayır
# 17 dekabr 2010 11:32 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yunanıstan hökuməti böyük həcmdə yığılan borcları ödəmək məqsədilə dövlət əmlakını özəlləşdirməyə çıxarıb. «APA-Economics»in məlumatına görə, idarəetməyə verilən və özəlləşdirməyə çıxarılan obyektlər sırasında Afina beynəlxalq aeroportu, müdafiə təyinatlı məhsullar istehsal edən EAS şirkəti də var. Bundan başqa, DEPA və DESFA qaz operator şirkətlərindəki dövlət payı da satışa çıxarılıb. Ölkənin ən iri kazinolarından biri və Afina ilə Soloniki şəhərlərini su ilə təmin edən şirkətlər də özəlləşdiriləcək.

Yunanıstan Maliyyə Nazirliyinin açıqlamasına görə, dövlət aktivlərinin idarə olunması və özəlləşdirilməsi proqramı 2011-2013-cü illərdə ölkəyə 7 mlrd. avro (9,3 mlrd. dollar) gəlir gətirəcək. Bundan 1 mlrd. avro artıq 2011-ci ildə əldə olunacaq. Özəlləşdirmənin sürətlə aparılması üçün maliyyə və hüquqi vasitəçilərin seçimi dərhal aparılacaq.

Xatırladaq ki, Avropa İttifaqı və BVF-dan təqribən 110 mlrd. dollar yardım almış Yunanıstan hökuməti ölkədə sərt islahatlar aparmaq və büdcə kəsirinin azaldılması barədə öhdəlik götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR