Bank Of Baku

Azərbaycanda milli valyutanın möhkəmləndirilməsi siyasəti ölkənin neft ixracını ucuzlaşdırır

Azərbaycanda milli valyutanın möhkəmləndirilməsi siyasəti ölkənin neft ixracını ucuzlaşdırır
# 17 dekabr 2010 12:28 (UTC +04:00)
«APA-Economics»in hesablamalarına görə, 2010-cu ilin oktyabr ayında dolların manata qarşı rəsmi məzənnəsi 0,26% ucuzlaşıb ki, bu da ilin əvvələndən qeydə alınan göstəriciyə (0,29%) çox yaxındır. Beləliklə, oktyabrda Mərkəzi Bank dolların manata qarşı ucuzlaşdırılması siyasətini həyata keçirərək, onun məzənnəsini kəskin endirib.

Həmin dövr ərzində Azərbaycanın xam neft və neft məhsullarının ixracı 1,565 mlrd. dollar təşkil edib. Manatın dollara qarşı məzənnəsinin möhkəmlənməsini nəzərə alsaq, neft ixracının manat ifadəsində həcmi ay ərzində 4,07 mln. dollar və ya 3,2 mln. manat azalıb. Qeyd edək ki, neft ixracından əldə edilən vəsaitlər və bu sahədə vergilər dövlət büdcəsinin «doldurulması» üçün əsas mənbə kimi istifadə olunur.

Həmçinin qeyd olunmalıdır ki, Mərkəzi Bankın dolların ucuzlaşdırılması siyasəti hələ də davam etdirilir. Belə ki, noyabr ayında dolların manata qarşı rəsmi məzənnəsi 0,03%, dekabrın əvvəlindən bu günə kimi isə artıq 0,3% enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR