Bank Of Baku

Dünya Bankının Azərbaycana investisiyaları azalıb

Dünya Bankının Azərbaycana investisiyaları azalıb
# 17 dekabr 2010 12:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Dünya Bankı (DB) tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 63 599,9 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə DB tərəfindən yatırılan investisiyanın həcmi əvvəlki ilin analoji dövrünə nisbətən 20,5% azalıb. Hesabat aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın ümumi həcmində DB-nın sərmayələrinin xüsusi çəkisi 3,5% təşkil edib.

Qeyd edək ki, Azərbaycan DB ilə 1992-ci ildən əməkdaşlıq edir. Ötən müddət ərzində bank Azərbaycana 2 mlrd. ABŞ dolları məbləğində maliyyə yardımı göstərib. Hazırda DB Azərbaycanda icra olunan «Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi», «Dəmir yolu və ticarətin dəstəklənməsi», «Korporativ və dövlət sektorlarında mühasibatlıq», «Azərbaycanda magistral avtomobil yollarının yenidən qurulması», «Azərbaycan maliyyə sisteminin modernləşməsi», «Milli su təchizatı və kanalizasiya xidmətləri» və bir sıra digər layihələri maliyyələşdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR