Bank Of Baku

«Zaminbank» dekabrın 27-də əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

«Zaminbank» dekabrın 27-də əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 17 dekabr 2010 13:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Zaminbank» ASC-nin dekabrın 27-dən etibarən Bakı Fond Birjasında (BFB) adi adlı sənədsiz səhmlərinin əlavə emissiyasının yerləşdirilməsinə başlayacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 200 manat, sayı 25 min ədəd, emissiyanın ümumi həcmi isə 5 mln. manat təşkil edir.

«Zaminbank» ASC-nin səhmlərinin yerləşdirilməsində adderayter rolunda «Texnika Kapital Menecment» şirkəti çıxış edəcək. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 31,8% artaraq 20,722 mln. manata çatacaq.

Qeyd edək ki, «Zaminbank» ASC 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri 216,535 mln. manat, depozit portfeli 45,980 mln. manat, kredit portfeli 141,10 mln. manat, məcmu kapitalı 20,533 mln. manata, o cümlədən nizamnamə kapitalı 15,722 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR