Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı beynəlxalq mükafata layiq görülüb

Azərbaycan Beynəlxalq Bankı beynəlxalq mükafata layiq görülüb
# 17 dekabr 2010 15:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycan Beynəlxalq Bankı Avropa Biznes Assosiasiyasının «International Socrates Award» mükafata layiq görülüb.

Bankın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumatına görə, Avstriyanın paytaxtı Vyanada keçirilmiş mərasimdə il ərzində yüksək peşəkar nailiyyətlər, xeyriyyəçilik və sosial yönümlü layihələrdə iştirakına görə ABB-nin İdarə Heyətinin sədri Cahangir Hacıyevə mükafat təqdim edilib.

Ümumilikdə Assosiasiyanın mükafatı Azərbaycan, Böyük Britaniya, Bolqarıstan, Avstriya, Çexiya, Slovakiya, Estoniya, Makedoniya, Rusiya, Ukrayna, Qazaxıstan və digər ölkələrdən aparıcı iş adamları, maliyyəçilər, analitiklər, elm və ictimai xadimlərinə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR