Bank Of Baku

AGBI indeksi 1,0365, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib

AGBI indeksi 1,0365, ACBDI indeksi 1,0000, AMFBI indeksi 1,0001 təşkil edib
# 20 dekabr 2010 06:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0364 bənd və ya 3,6% artaraq dekabr ayının 20-nə 1,0365 təşkil edib.

«APA-ECONOMICS»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməz qalaraq 1,0000 təşkil edib.

Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi də dəyişməyib 1,0001-ə bərabər olub.

Dekabrın 17-də 2,365 mln. manat həcmində olan dövlət istiqrazların bir buraxılışı dövriyyədən çıxarılıb və 11,160 mln. manatlıq bir emissiya yerləşdirilib ki, nəticədə yaranmış bazar kapitallaşmasının yüksəlməsi AGBI indeksinin artmasında əks olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR