Bank Of Baku

«NBC Bank»da kadr dəyişiklikləri aparılıb

«NBC Bank»da kadr dəyişiklikləri aparılıb
# 20 dekabr 2010 07:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBC Bank» ASC-nin İdarə Heyətinin tərkibində kadr dəyişikliyi edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, əvvəllər bankın Risklərin idarə olunması Departamentinin direktoru vəzifəsində çalışmış Zamik Cahangirli «Nurgün Holding» Şirkətlər Qrupunun Audit və keyfiyyətə nəzarət Departamentinin direktoru vəzifəsinə təyin olunub. Z.Cahangirlinin yerinə isə bankın Gəncə filialının işçisi Asəf Əsgərov təyin edilib.

Bankdan bildirib ki, başqa bir qərarla Elnur Kazımov bankın İdarə Heyətinin sədr müavini təyin olunub. Bununla da bankın menecment heyəti İdarə Heyətinin sədri Surxay Əhmədov, İdarə Heyətinin sədr müavinləri Rəşad Əzizov, Fuad Qəmbərov və Elnur Kazımov olmaqla səhmdarlar tərəfindən tam təsdiqlənib.

Xatırladaq ki, «NBC Bank» ASC 1992-ci ilin dekabrında fəaliyyətə başlayıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 47,594 mln. manat, kredit portfeli 40,375 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 35,886 mln. manat, depozit portfeli 8,970 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 7,995 mln. manat, məcmu kapitalı 17,283 mln. manat, o cümlədən nizamnamə kapitalı 16,071 mln. manat təşkil edib. Bankın ölkə üzrə 7 filialı, 6 bankomatı və 46 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR