Bank Of Baku

«Birlik Bank»ın aktivləri son bir ildə 3% artıb

«Birlik Bank»ın aktivləri son bir ildə 3% artıb
# 20 dekabr 2010 11:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Birlik Bank» ASC-nin aktivlərinin həcmi 2010-cu il dekabr ayının 1-nə 53,775 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin dekabrın 1-nə olan analoji göstəricidən 3,03% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 2,4% azalaraq 1 mln. manat, o cümlədən əhalinin əmanətləri 17% azalaraq 53,310 min manat olub. Bankın kredit portfeli 10,3% artaraq 36,293 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 8 dəfə azalaraq 520,330 min manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 5,5% artaraq 20,058 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 16 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 44% azalaraq 3,037 mln. manat, xərcləri isə 64% azalaraq 1,680 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 70% artaraq 1,357 mln. manat olub.

Bu müddət ərzində bankda çalışan işçilərin sayı 20% azalaraq cari ilin dekabr ayının 1-nə 35 nəfər, orta aylıq əmək haqqı isə 13% artaraq 169 manat təşkil edib. Həmçinin, cəmi müştərilərin sayı 8,6% azalaraq 1 233, o cümlədən fiziki şəxslərin sayı 27% azalaraq 495, hüquqi şəxslərin sayı isə 9,3% artaraq 738 olub.

Qeyd edək ki, təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 3 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR