Bank Of Baku

Dekabrın 22-də Azərbaycan Kredit İttifaqları Assosiasiyasının toplantısı keçiriləcək

Dekabrın 22-də Azərbaycan Kredit İttifaqları Assosiasiyasının toplantısı keçiriləcək
# 20 dekabr 2010 11:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin dekabr ayının 22-də Azərbaycan Kredit İttifaqları Assosiasiyasının (AKİA) növbəti iclası keçiriləcək. Bunu «APA-Economics»ə açıqlamasında AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, iclasda iki kredit təşkilatının – «Qarabağı 2010» (Ağcabədi) və «Tərəqqi» (Gəncə) kredit ittifaqlarının Assosiasiyaya üzvlüyü məsələsi müzakirə olunacaq. «Hər iki kredit ittifaqı lisenziyalaşdırma prosesini başa çatdırıb və demək olar ki, üzvlüklə bağlı bütün sənədləri qaydasındadır. İnanıram ki, İdarə Heyətinin yekdil qərarı ilə ittifaqlar quruma üzv olacaq», - deyə E.Bağırov bildirib.

Qeyd edək ki, bu ittifaqlar da daxil olmaqla, AKİA-nın ümumi üzvlərinin sayı 70-ə çatacaq.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən 79 kredit ittifaqından 68-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR