Bank Of Baku

Azərbaycanda RSI indeksi kəskin azalıb

Azərbaycanda RSI indeksi kəskin azalıb
# 20 dekabr 2010 12:13 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2010-cu ilin noyabr ayı üzrə 97,1% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu indeks oktyabr ayında 103,1%, sentyabrda isə 107%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni göstəricisinə nisbəti kimi hesablanır. Belə ki, cari ilin noyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 182,3 mln. manat, oktyabrda 1 217,6 mln. manat, sentyabrda 1 181,5 mln. manat, avqustda 1 104,2 mln. manat, iyulda 1 089,4 mln. manat, iyunda 1 085,9 mln. manat, mayda 1 074 mln. manat, apreldə 986,6 mln. manat, martda 1 120,5 mln. manat, fevralda 975,2 mln. manat, yanvarda isə 1 016,4 mln. manat təşkil edib.

RSI indeksinin azalması hesabat ayı üzrə pərakəndə dövriyyəsinin aylıq müqayisə nisbətinin əvvəlki ayın müvafiq göstəricisindən aşağı olduğunu əks etdirir. Həmçinin, indeksin 100%-dən aşağı olması hesabat ayında pərakəndə dövriyyənin həcminin əvvəlki ayın eyni göstəricisi ilə müqayisədə azaldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR