Bank Of Baku

Azərbaycan iqtisadiyyatına ən çox vəsait yatıran ölkələrin renkinqi

Azərbaycan iqtisadiyyatına ən çox vəsait yatıran ölkələrin renkinqi
# 20 dekabr 2010 14:02 (UTC +04:00)
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların həcmi 964 337,1 min manat təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə Britaniya investisiyalarının həcmi 50,4% artıb.

Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, yanvar-noyabr aylarında ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 71,4% artaraq 335 963,2 min manata çatıb.

Siyahıda üçüncü yerdə ötən ilki kimi Yaponiya, daha sonra Norveç və Türkiyə qərarlaşıb. Hesabat dövründə Yaponiya investorları tərəfindən Azərbaycanın əsas kapitalına 169 160,7 min manat (+66%), Norveç investorları tərəfindən 104 916,3 min manat (+65,2%), Türkiyə investorları tərəfindən isə 89 369,7 min manat (+77,8%) sərmayə yatırılıb.

Siyahını 40 225,1 min manat investisiya yönəldmiş Cənubi Koreya, 29 233,4 min manatla Fransa, 8 690,8 min manatla Çexiya, 3 888,3 min manatla Səudiyyə Ərəbistanı və 1 937,2 min manatla Rusiya tamamlayır. Maraqlısı odur ki, ötən il siyahıda 8-ci yerdə olan Cənubi Koreya bu il Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcmini 3,3 dəfə artıraraq 6-cı pilləyə yüksəlib. Ötən il 6-cı pillədə qərarlaşan Fransanın investisiyaları isə 15% azalaraq bu ölkəni siyahıda 7-ci pilləyə salıb. Öz növbəsində Çexiyanın investisiyaları 2,4 dəfə azalıb, Səudiyyə Ərəbistanı və Rusiyanın ölkəyə yatırılan sərmayələrin həcmi isə müvafiq olaraq 87% və 2,2 dəfə artıb.

Qeyd edək ki, ötən il ilk onluqda yer almış Birləşmiş Ərəb Əmirlikləri və İsveçrə bu ilki siyahıda müvafiq olaraq 13-cü və 15-ci yerləri bölüşür.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyaların ümumi həcmi 1 834,8 mln. manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 38% çoxdur.

Azərbaycanın əsas kapitalına vəsait yatırmış əsas investor ölkələr

 

 


Ölkə

2010-cu ilin yanvar-noyabr aylarında
(min manat)

Ümumi
həcmdə xüsusi
çəkisi (%)

1

Böyük Britaniya

964 337,1

52,6

2

ABŞ

335 963,2

18,3

3

Yaponiya

169 160,7

9,2

4

Norveç

104 916,3

5,7

5

Türkiyə

89 369,7

4,9

6

Koreya Respublikası

40 225,1

2,2

7

Fransa

29 233,4

1,6

8

Çexiya

8 690,8

0,5

9

Səudiyyə Ərəbistanı

3 888,3

0,2

10

Rusiya

1 937,2

0,1

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR