Bank Of Baku

Bu il milyarderlər tərəfindən həyata keçirilən ən bahalı satınalmaların siyahısı açıqlanıb

Bu il milyarderlər tərəfindən həyata keçirilən ən bahalı satınalmaların siyahısı açıqlanıb
# 21 dekabr 2010 09:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. “Forbes” jurnalı 2010-cu ildə milyarderlər tərəfindən həyata keçirilən ən bahalı satınalmaların siyahısını dərc edib.

«APA-Economics»in məlumatına görə, siyahıda birinci yerdə rusiyalı milyarder Roman Abramoviç yer alıb. Belə ki, R.Abramoviç 2010-cu ildə Sankt-Peterburqda yerləşən Yeni Hollandiya adasının satın alınmasına 400 mln. ABŞ dolları xərcləyib. Burada rusiyalı milyarder XIII əsrə aid olan anbarları rəsm qalereyaları, butik, hotel və restoranlara düzəltmək niyyətindədir. «Forbes» R.Abramoviçin sərvətini 11,2 mlrd. dollar həcmində qiymətləndirir.

Siyahıda ikinci yerdə hec-fondun rəhbəri, rəsm kolleksiyaçısı Stiven Koen qərarlaşıb. Cari il ərzində o, müasir rəsmlərin alınmasına 145,4 mln. dollar xərcləyib. Siyahının ilk üçlüyünü pakistanlı milyarder Mian Məhəmməd Manşa tamamlayır. Belə ki, o, 2010-cu ildə “St.James Hotel&Club” eksklüziv hotelinə sahib olub. Hoteldəki hər otağa görə M.Manşa 1,5 mln. dollar xərcləyib, hotelin ümumi satın alınması isə pakistanlı milyarderə 95 mln. dollara başa gəlib.

Siyahıda həmçinin dünyanın ən varlı insanı Karlos Slim və neft-qaz maqnatı Kelsi Uorren yer alıblar. Əgər birincisi qiyməti 44 mln. dollar olan və Nyu-Yorkda Beşinci avenyuda («Metropoliten» muzeyi ilə üzbəüz) yerləşən evə sahib olubsa, ikincisi 46,5 mln. dollara ABŞ-da ən böyük rançonu satın alıb.

Reytinqdə eyni zamanda britaniyalı zərgər Lorens Qraff da daxil olub. Belə ki, britaniyalı milyarder 2010-cu ildə də ən bahalı zərgərlik məmulatlarının satın almasını davam etdirib. Məsələn, bu il britaniyalı zərgər hərracda qiyməti 46 mln. dollar olan açıq çəhrayı 25 karatlıq brilyanta sahib olub. Daha sonra daşa «Çəhrayı Qraff» adı verilib.

Bundan başqa, reytinqdə honkonqlu maqnat Cozef Lau və Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktum da yer alıblar. Honkonqlu milyarder 16,7 mln. dollarlıq iki ədəd antik quş heykəlinə sahib olub, ərəb milyarderi isə 24 ədəd çapar atdan ibarət ilxıya 5,4 mln. dollar xərcləyib.

Bu ilin ən qeyri-adi satın almasını isə Makaoda (Çin) yerləşən kazinonun sahibi Stenli Xo edib. O, iki ədəd yerdombalanı göbələyə görə 330 min dollar xərcləyib. “Bu satınalmanın səbəbi nədir” sualına S.Xo “Gərək peysərimi qaşıyım” cavabını verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR