Bank Of Baku

Bakı Fond Birjasında CFA üzrə sınaq imtahanları keçirilib

Bakı Fond Birjasında CFA üzrə sınaq imtahanları keçirilib
# 24 dekabr 2010 15:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə həyata keçirilən “Kapital bazarları üzrə məsləhət xidmətləri və treninq” layihəsi çərçivəsində qiymətli kağızlar bazarının peşəkar iştirakçıları və maliyyə sektorunun digər nümayəndələri üçün CFA (Chartered Financial Analyst) tədris planı əsasında keçirilən treninqlər üzrə ilk sınaq imtahanı keçirilib.

Birjadan “APA-Economics”ə verilən məlumata görə, xarici ekspertlər tərəfindən keçirilən imtahanın nəticələrinə görə, iştirakçıların böyük hissəsi yüksək bal toplayaraq sınaqdan uğurla keçib.

Layihə çərçivəsində BFB tərəfindən bütün treninq iştirakçılarına ödənişsiz əsasda CFA təlim kitabları və xüsusi elektron maliyyə hesablayıcıları paylanılıb.

“Kapital bazarları üzrə məsləhət xidmətləri və treninq” layihəsinin ikinci komponenti olan bu treninqlərin keçirilməsində məqsəd Azərbaycan maliyyə və kapital bazarları iştirakçılarının maliyyə-analitik bilik və bacarıqlarının artırılmasıdır. Sözügedən layihənin birinci komponenti çərçivəsində xarici ekspertlər tərəfindən BFB-yə strateji planlaşdırma və risk menecmenti sahəsində məsləhət xidmətləri göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR