«Qala Həyat» sığorta şirkətinin ilk rəsmi təqdimatı keçirilib
«APA-Economics»in məlumatına görə, tədbirdə «Qala Həyat» sığorta şirkəti İdarə Heyətinin sədri Abbas Babayev bildirib ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən qeyri-həyat sığortası üzrə fəaliyyət göstərir. Bu ilin yayında səhmdarlar tərəfindən şirkətin fəaliyyət profilinin həyata sığortasına dəyişməsi ilə bağlı qərar qəbul olunub: «Müvafiq sənədləşmə işləri başa çatdıqdan sonra bu fəaliyyət üzrə lisenziya almaq məqsədi ilə Azərbaycan Maliyyə Nazirliyinə müraciət olunub».
A.Babayevin sözlərinə görə, lisenziyanı həyat sığortasına dəyişməzdən öncə şirkətin müvafiq işçi qrupu bu sahədə Ukrayna, Rusiya və Gürcüstan təcrübəsinə öyrənib: «Bu ölkələrdə həyat sığortası üzrə müvafiq qanunvericilik təsdiq olunmazdan əvvəl həmin ölkələrin sığorta bazarının məcmu yığımları aşağı səviyyədə olub. Sonradan Ukrayna, Rusiya və Gürcüstanda müvafiq qanun təsdiqləndikdən sonra yığımın həcmi bir neçə dəfə artıb. Hesab edirik ki, Azərbaycanda da bazarın analoji inkişaf templərini müşahidə edəcəyik».
A.Babayev bildirib ki, həyat sığortası bazarı Azərbaycanda yeni yaradılan bazar olduğuna görə, şirkət 2011-ci ildə bu sığorta növləri üzrə yığımların həcmini proqnozlaşdıra bilmir.
Tədbirdə «AzRe» təkrarasığorta şirkəti İdarə Heyətinin sədr müavini Vüsal Abbasov «Qala Həyat» sığorta şirkətinin inkişafı üçün «AzRe»nin daim dəstək verəcəyi bildirib: «İnanıram ki, həm «İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında» qanunun tətbiq edilməsi, eyni zamanda şirkətdə peşəkar sığorta mütəxəssislərinin olması məqsədlərimizin uğurla nəticələnməsinə səbəb olacaq».
V.Abbasov 2013-cü ilədək «Qala Həyat» sığorta şirkətinin nizamnamə kapitalının 5 mln. manata çatdırılacağını bildirib: «Bu kapital həm şirkətin əldə etdiyi mənfəət, həm də əlavə səhm emissiyası hesabına artırıla bilər. Ümumiyyətlə, bu sahədə əsas məqsədlərdən biri əldə edilən mənfəəti «Qala Həyat» şirkətinin kapitallaşmasına yönəltməkdir».
Xatırladaq ki, «Qala Sığorta» şirkəti 2008-ci ildən fəaliyyət göstərir. Bu ilin noyabr ayının 30-da şirkətin adı «Qala Həyat» sığorta şirkətinə dəyişib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (88%) və 1 fiziki şəxs (12%) çıxış edir. Şirkət həyat sığortasına aid 5 könüllü və 1 icbari sığorta növləri üzrə xidmət göstərir.
Maliyyə
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
Şuşada Türk Dövlətləri Təşkilatı ölkələrinin Rəqabət Forumu keçirilib - FOTO
“Bakı Metropoliteninin Genişləndirilməsi Layihəsi - I Mərhələ” üzrə kredit sazişi imzalanıb
ING: Ermənistanın seçki nəticələri Azərbaycanla münasibətlərdə riskləri tam aradan qaldırmır
Xəbər Lenti
Bakıda maşından 2 telefon oğurlanıb
Sumqayıtda oğurluq edən şəxs saxlanılıb
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
Gürcüstan ABŞ-İran razılaşmasını alqışlayıb
170 mindən çox şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub
Numan Kurtulmuş Azərbaycanı təbrik edib
Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib
Baş nazir Əli Əsədov Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət edib
İran və ABŞ arasında memorandumun Hörmüz boğazı ilə bağlı mətninin yeni detalları açıqlanıb
İbrahim Kalın: ABŞ və İran arasında danışıqların nəticəsini təmkinlə gözləyirik
Moskvada Azərbaycan şərablarının təqdimatı keçirilib - FOTO
Efiopiyada avtobus qəzasında 28 nəfər ölüb
Sabahın hava proqnozu açıqlanıb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq
FHN: Ötən həftə 494 yanğına çıxış olub, 46 nəfər xilas edilib - VİDEO
Rusiya MN Kiyev Peçersk Lavra Kompleksini vurması barədə məlumatı təkzib edib: Kompleksə "Patriot" raketi düşüb
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub - YENİLƏNİB
Əmtəə bazarlarında qızılın qiyməti 4300 dolları ötüb
KİV: ABŞ-İran razılaşmasına baxmayaraq, İsrail Livanda hərbi əməliyyatları davam etdirəcək
Azərbaycan nümayəndə heyəti İqlim Danışıqları üzrə Bonn sessiyasında iştirak edib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək
Dələduzluğa görə axtarışda olan 8 nəfər tutulub
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
Sumqayıtda evdə yanğın olub - VİDEO
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib
Milli Qurtuluşdan Zəfərə: Heydər Əliyev siyasətinin təntənəsi olan müasir Azərbaycan - TƏHLİL
Füzulidə avtomobil piyadanı vuraraq öldürüb
Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var
Prezident: Azərbaycan regionda davamlı sülhün yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb
“Bitcoin"in qiyməti 66 min dollara yaxınlaşıb
Tramp: Nüvə sazişi baş tutmasa, İrana zərbələr bərpa olunacaq
FHN-in əməkdaşları təhlükəli vəziyyətdə qalan uşağı xilas edib - VİDEO
Neftin qiyməti son üç ayda ilk dəfə 84 dollardan aşağı enib
DÇ-26: İsveç Tunisi məğlub edib
Oğuzda avtomobil ağaca çırpılıb, bir ailənin 4 üzvü xəsarət alıb - YENİLƏNİB - FOTO
Asiya fond bazarları ABŞ-İran razılaşması gözləntiləri fonunda yüksəlib
Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə səfər edəcək
ABŞ və İran rəsmiləri müqavilə imzalamazdan əvvəl Dohada görüşlər keçirəcək
Tula vilayətinə dron hücumu nəticəsində üç nəfər həlak olub
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
DÇ-2026: Fil Dişi Sahili 3 xal qazanıb
Vens: ABŞ-İran razılaşması Yaxın Şərqi növbəti 50 il ərzində dəyişə bilər
İran-ABŞ memorandum layihəsinin yeni detalları məlum olub
İran Milli Təhlükəsizlik Şurası: İrana tətbiq edilən dəniz blokadası dərhal ləğv ediləcək
DÇ-2026: Niderland- Yaponiya 2:2