Bank Of Baku

Azərbaycan banklarının xarici öhdəlikləri 35% artıb

Azərbaycan banklarının xarici öhdəlikləri 35% artıb
# 28 dekabr 2010 08:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 640,6 mln. manat və ya 35% artaraq 2010-cu ilin dekabrın 1-nə 2 469,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici cari ilin əvvəlindən 536,8 mln. manat və ya 27,8% artsa da, noyabr ayında bankların xarici öhdəlikləri 34,9 mln. manat və ya 1,4% azalıb:




Qeyd edək ki, bankların məcmu xarici aktivlərinin həcmi 2010-cu ilin dekabrın 1-nə 1 532,1 mln. manat təşkil edib, bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 391,6 mln. manat və ya 34,3% çoxdur. Bu göstərici yanvar-noyabr aylarında 258,4 mln. manat və ya 20,3%, o cümlədən noyabr ayında 242,6 mln. manat və ya 19,1% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR