Bank Of Baku

Azərbaycanda vergi məsləhətçiləri ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda vergi məsləhətçiləri ilə bağlı qanun layihəsi hazırlanır
# 28 dekabr 2010 10:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanda özəl vergi məsləhətçi şirkətləri yaradılacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə jurnalistlərə Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin bölmə rəisi Vüsal Şıxəliyev məlumat verib.

Onun sözlərinə görə, Vergilər Nazirliyi artıq bununla bağlı müvafiq qanun layihəsi hazırlayıb və gələn il layihə parlamentə təqdim olunacaq.

Qanunda fiziki və hüquqi şəxslərə vergi məsləhəti xidməti göstərən şirkətlərin hüquq və vəzifələri, onların işinin təşkili ilə bağlı məsələlər əksini tapacaq. Qanuna əsasən, bu şirkətlər verdikləri məsləhətə görə məsuliyyət də daşıyacaqlar.

V.Şıxəliyev qeyd edib ki, hazırda mühasibat və konsaltinq şirkətləri vergi məsləhəti xidməti də göstərirlər: “Yeni qanun onların fəaliyyətini qadağan etməyəcək. Gələcəkdə bu fəaliyyət növünün lisenziyalı olub-olmayacağı hələlik bilinmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR