Bank Of Baku

«YapıKredi Bank Azerabaijan» Sumqayıtda filial açıb

«YapıKredi Bank Azerabaijan» Sumqayıtda filial açıb
# 28 dekabr 2010 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerabaijan» QSC-nin Sumqayıt şəhərində filialı istifadəyə verilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən filialda müştərilərə bütün bank xidmətləri təqdim olunur.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivləri 171,224 mln. manat, kredit portfeli 64,728 mln. manat, depozit portfeli 70,845 mln. manat, məcmu kapitalı 49,899 mln. manat, o cümlədən nizamnamə kapitalı 31,611 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 6 filialı, 17 bankomatı və 80 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR