Bank Of Baku

«Expressbank» İsveçrənin «Temenos» şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb

«Expressbank» İsveçrənin «Temenos» şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb
# 29 dekabr 2010 07:32 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın «Expressbank» ASC T24 bank proqramının tətbiqinə dair İsveçrənin «Temenos» şirkəti ilə əməkdaşlıq sazişi imzalayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu proqramın tətbiqi məlumatın saxlanma təhlükəsizliyi və emalının yüksək səviyyəsini təmin edərək bankda biznes proseslərinin effektivliyini artıracaq.

Qeyd edək ki, bank yeni proqram seçimi ilə bağlı bu ilin birinci yarısında üç tanınmış brendlə danışıqlar aparıb. Bu proqram təminatı bütövlükdə «Microsoft» korporasiyasının qabaqcıl texnologiyalarını, o cümlədən «Microsoft BizTalk Server 2006» və «Microsoft SQL Server 2005» proqramlarını istifadə edir. «Temenos»un son versiyaları (R06+ və R07) «Microsoft Windows Server 2003» server platformasını, eləcə də «Microsoft SQL Server 2005» və «Microsoft BizTalk Server 2006» server əlavələrini istifadə edir, həmçinin «Microsoft ASP.NET» daxil olmaqla «Microsoft.NET Framework» proqram mühitlərini dəstəkləyir.

«Expressbank» 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i hüquqi şəxslərə məxsusdur. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 202,352 mln. manat, depozit portfeli 154,920 mln. manat, 39,542 mln. manat, məcmu kapitalı 45,556 mln. manat, o cümlədən nizamnamə kapitalı 41 mln. manata çatıb. Hazırda bankın respublika üzrə 10 filialı, 28 bankomatı və 8 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR